AZ

Həştərxana kütləvi PUA hücumu: yaralanan var

Gecə saatlarında Ukrayna qüvvələri Həştərxan vilayətindəki obyektlərə, o cümlədən yanacaq-energetika kompleksinə irimiqyaslı PUA hücumuna cəhd edib və onlardan birində yanğın baş verib.

Axar.az xəbər verir ki, bunu bölgənin qubernatoru İqor Babuşkin deyib.

O bildirib ki, bir nəfər yaralanıb:

“Elektron döyüş və hava hücumundan müdafiə sistemləri normal rejimdə işləyib. PUA-nın qalıqları hadisə yerinə düşərkən yanğın baş verib. Hücum zamanı bir nəfər yaralanıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. Vəziyyət nəzarət altındadır, fövqəladə hallar xidmətinin mütəxəssisləri fəsadların aradan qaldırılmasına başlayıb”.

Seçilən
10
1
axar.az

2Mənbələr