Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Belə ki, hadisə evin hamam otağında qeydə alınıb.
Vurğulanıb ki, 2012-c il təvəllüdlü F.Ş., 2015-ci il təvəllüdlü H.Ş. və 2017-ci il təvəllüdlü Z.Ş. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hazırda onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.