Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
İşıqforda hərəkətdə olan 67-BJ-719 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil, 68-BC-663 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil və "Toyota" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Kəngərli rayon Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Mirvari Nəhayət qızı xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.