AZ

ABŞ-də qasırğa qurbanlarının sayı 36-ya çatıb

ABŞ-ni vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornado və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", - paylaşımda deyilir.

ABŞ KİV-lərinin məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir.

Tramp əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına ABŞ Milli Qvardiya bölmələri yerləşdirilib.

"Associated Press”in məlumatına görə, tornadolara, toz fırtınalarına, 100-dən çox meşə yanğınına səbəb olan fəlakət 100 milyondan çox insanın yaşadığı əraziyə təsir edib.
 
 

Seçilən
21
15
7news.az

10Mənbələr