Bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının giriş hissəsində sıxlıq yaranıb.
Oxu.az xəbər verir ki, bir çox sərnişinə stansiyaya girməyə icazə verilməyib.
Məsələ ilə bağlı sayta açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun "Koroğlu" stansiyasında infrastrukturla bağlı texniki xarakterli problem yoxdur:
"Sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir".