Gecə saatlarında Ukrayna Silahlı Qüvvələri PUA-larla Rusiyanın Həştərxan vilayətindəki obyektlərə, o cümlədən yanacaq-energetika kompleksinə irimiqyaslı hücum edib.
Turkustan.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru İqor Babuşkin məlumat verib.
Hücumdan sonra obyektlərdən birində yanğın baş verib, bir nəfər yaralanıb.
Qubernator həmçinin vəziyyətin nəzarət altında olduğunu və fövqəladə hallar xidmətlərinin hadisə yerində işlədiklərini deyib.
Həmçinin Rusiya Müdafiə Nazirliyi Kursk, Həştərxan, Oryol, Volqrad, Bryansk, Rostov, Kalmıkiya, Krasnodar və Tula vilayətlərində Ukraynanın 72 PUA-sının vurulduğunu açıqlayıb. /teleqraf.az/