AZ

ABŞ-ın Yəmənə endirdiyi zərbələrdə bu qədər insan ölüb

ABŞ-ın Yəmənin paytaxt Sənada İranın dəstəklədiyi husilərə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə Husi Səhiyyə Nazirliyi adlandırılan qurumdan açıqlama verilib.

Məlumata görə, hücumlarda 5-i uşaq olmaqla 53 nəfər həlak olub, 9-u qadın və uşaq olmaqla 98 nəfər isə yaralanıb.

Açıqlamada ABŞ-ın hücumu və paytaxt Səna, eyni zamanda bir sıra vilayətlərdə mülki hədəflərə zərbələr endirilməsi pislənib. Hücumlar “ABŞ-ın cinayət rekordunu artıran tam hüquqlu hərbi cinayətlər” kimi qiymətləndirilib.

Seçilən
16
publika.az

1Mənbələr