AZ

Xəzərdə süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq – MƏBLƏĞ

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası müəyyənləşib.

Heftelik.az-ın  xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

İqtisadiyyat Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə sahilboyu yerləşən şəhər və rayonların zonalar üzrə bölgüsünü və həmin zona bölgüsü əsasında ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin kağız üzərində və elektron formada qrafik təsvirini (xəritəsini) təsdiq edəcək. Eyni zaman İqtisadiyyat Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə mütəmadi aparılan monitorinqlər nəticəsində şəhərsalma və ərazi planlaşdırılması sənədlərində edilmiş dəyişikliklər nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin icarə haqlarının real vəziyyətə uyğunlaşdırılması üçün sahilboyu yerləşən şəhər və rayonlar üzrə müəyyən edilmiş zonalar əsasında icarə haqqının məbləğinə (bazis qiymətinə) və qiymətləndirmə zonalarının sərhədlərinə yenidən baxsın və zərurət yarandıqda Nazirlər Kabinetinə razılaşdırılmış təklif təqdim etməlidir.

Qaydaya əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin 100 kvadratmetri üçün illik icarə haqqının bazis qiyməti 10 manat təşkil edir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə (sahilboyu zolaqda yerləşən torpaq sahəsi çıxılmaqla) 0,6 həddində təshih əmsalı tətbiq edilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə 9 zona müəyyən edilərək bu Qaydaya əlavədə göstərilən müvafiq zona əmsalları tətbiq edilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində 100 kvadratmetr süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının məbləğinin müəyyən edilməsində tətbiq olunan zonalar və zona əmsalları

 

ZonalarZona əmsalları
125
215
310
48
57
65
72,5
81,5
91

 

Nazirlər Kabinetindən Heftelik.az-a verilən şərhdə bildirilib ki, qərar “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 90 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb

Qərarda Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılacaq süni torpaq sahələrinin səmərəli istifadə edilməsinin təmin olunması və dövlət büdcəsinə köçürüləcək icarə haqqının məbləğinin müəyyən edilməsi nəzərdə tutulub. Qərarda Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə icarə haqqı məbləğinin müəyyən edilməsi üçün 9 zona və zona əmsalları, habelə həmin torpaq sahələrinin 100 kvadratmetri üçün bazis qiyməti və eləcə də təshih əmsalı tətbiq edilməklə müvafiq hesablanma mexanizmi müəyyən edilib. Həmin zona əmsalları sahilboyu ərazilərin inkişaf səviyyəsinə uyğun olaraq müəyyən edilmiş, qiymətlər də məhz həmin bölgü əsasında təyin edilmiş və ümumi sahilboyu ərazinin istifadə edilməsinə görə və gələcəkdə oxşar perspektivlərin yaranması şəraitinin qiymətləndirilməsi baxımından bölünüb.

Qərara əsasən sahilboyu yerləşən şəhər və rayonların zonalar üzrə bölgüsünə uyğun olaraq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin kağız üzərində və elektron formada qrafik təsvirinin (xəritəsinin) hazırlanması və təsdiq edilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Eyni zamanda mütəmadi aparılan monitorinqlər nəticəsində şəhərsalma və ərazi planlaşdırılması sənədlərində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin icarə haqlarının real vəziyyətə uyğunlaşdırılması məqsədilə sahilboyu yerləşən şəhər və rayonlar üzrə müəyyən edilmiş zonalar əsasında icarə haqqının məbləğlərinə (bazis qiymətlərinə) və qiymətləndirmə zonalarının sərhədlərinə yenidən baxılması nəzərdə tutulub.

Seçilən
9
19
heftelik.az

10Mənbələr