AZ

Bu ölkədə matəm elan edildi

11:36 17.03.2025
11:36 17.03.2025

Şimali Makedoniya hökuməti keçirdiyi növbədənkənar iclasda Koçanidə gecə klubunda baş verən faciəvi yanğına görə 7 günlük matəm elan edib.

Mynews.az xəbər verir ki, bu haqda “KosovaPress” məlumat yayıb.

Hökumət həmçinin, Dövlət Bazar Müfəttişliyinə klublarda yoxlama aparmaq tapşırığını verib.

“Hər kəs qərara tabe olmalıdır, çünki itaətsizliyə görə cəzalar ağır olacaq".

Qeyd edək son məlumata əsasən faciədə 59 nəfər ölüb, 151 nəfər yaralanıb. Onlardan 18-nin durumu ağırdır.


Seçilən
1
3
mynews.az

10Mənbələr