Martın 16-da vəfat edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin dəfn yeri məlum olub.
Oxu.Az xəbər verir ki, Ziyadxan Əliyev Buzovna qəbiristanlığında torpağa tapşırılacaq.
Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra onun nəşi dəfn olunmaq üçün qəbiristanlığa aparılacaq. Bu gün saat 13:00-da dəfn mərasimi keçiriləcək.
Xatırladaq ki, Ziyadxan Əliyev Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı kimi tanınırdı. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə, o, 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.
Aygün Mirakif
Mənbə: oxu.az