ABŞ-nin orta-qərb və cənub ştatlarını təsir edən şiddətli fırtınada həyatını itirənlərin sayının 33-ə yüksəldiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də əlverişsiz hava şəraiti ölkənin əksər hissəsinə, xüsusilə Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatlarına təsir edib.
Minlərlə insanın evini itirdiyi fırtınalar nəticəsində ölənlərin sayının 33-ə çatdığı, ən azı 29 nəfərin isə yaralanaraq xəstəxanalara yerləşdirildiyi bildirilib.