AZ

ABŞ ordusu Ermənistana hərbi texnikalar göndərir

ABŞ ordusu Ermənistandakı Zar hərbi poliqonuna hərbi texnika yerləşdirəcək.

Bu barədə Rusiya nəşrləri ABŞ Dövlət Satınalma Portalına istinadən məlumat yayıb.

Bildirilir ki, texnikalar Gürcüstan vasitəsilə Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan daşınacaq.

Məlumata görə, ümumilikdə 151 ədəd hərbi texnikanın (nəqliyyat, generatorlar, xüsusi konteynerlər və s.) Ermənistana transferinin iyulun 16-dan avqustun 7-dək aparılması, avqustun 21-dən sentyabrın 20-dək isə yenidən Almaniyaya qaytarılması nəzərdə tutulur.

Tərəflər arasındakı müqavilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılmasını də nəzərdə tutur.

Hərbi ekspertlər bu əməliyyatı Pentaqon və Ermənistan ordusu arasında mümkün birgə təlimlərlə əlaqələndirirlər. Ekspert icması qeyd edir ki, Rusiya hərbi bazalarının olduğu ölkə ilə bu cür əməkdaşlıq Vaşinqton tərəfindən Ermənistanın hərbi inkişafı kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, 2024-cü ildə ABŞ və Ermənistan arasında "Eagle Partner 2024" birgə hərbi təlimləri keçirilib. Tərəfdaşlıq çərçivəsində ABŞ Ordusunun nümayəndəsi Ermənistanın Müdafiə Nazirliyində fəaliyyətə başlayıb.

"Cebheinfo.az" 

Seçilən
0
4
cebheinfo.az

10Mənbələr