Ləğv prosesində olan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) törəmə şirkəti "ADTM Tərcümə Agentliyi" MMC ləğv olunduğunu elan edib.
Moderator.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121A ünvanına bildirməlidirlər.
Xatırladaq ki, "ADTM Tərcümə Agentliyi" 2020-ci ildə 200 manat nizamnamə kapitalı ilə yaradılıb, təsisçisi ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Rüstəm Rövşən oğlu Məmmədovdur.
ADTM Prezident İlham Əliyevin ötən il noyabrın 21-də imzaladığı sərəncamla ləğv olunub.