AZ

Ənvər Həsənov dəfn olundu - YENİLƏNİB 

Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Ənvər Həsənov dəfn olunub.

Hafta.az xəbər verir ki, mərhumla əvvəlcə evində vida mərasimi keçirilib.

Mərasimdə aktyorun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra mərhumun cənazəsi Buzovna qəsəbəsi qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, Ənvər Həsənov martın 16-da 75 yaşında vəfat edib.

***

Xalq artisti Ənvər Həsənov vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib.

Xalq artisti Ənvər Həsənov, yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu qoyulub və ilkin tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyəti ağırlaşan Həsənov reanimasiyaya köçürülüb və aparılan müayinələr nəticəsində kəskin işemik insult diaqnozu qoyulub. 18 yanvarda vəziyyəti stabilləşdikdən sonra, Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-də isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Xalq artistinin vəfatı musiqi və mədəniyyət sahəsində böyük itki olaraq dəyərləndirilir.

Seçilən
48
2
hafta.az

10Mənbələr