AZ

Azad olunan torpaqlarda 1651,1 hektar ərazi minalardan təmizlənib    

Azad olunan ərazilərdə martın 10-dan 16-dək 155 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 606 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib...

Poliqon-un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1651,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, QubadlıZəngilan ərazilərində həyata keçirib.

Poliqon.info

Seçilən
11
24
poliqon.info

10Mənbələr