“Sabah” klubu futbol üzrə Azərbaycan çempionatında bir mövsümdə ən çox heç-heçə edən komanda rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, bu, Premyer Liqanın 2024/2025-ci illər mövsümünün 27-ci turunun “Zirə” ilə ev görüşünə (1:1) təsadüf edib.
Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 14-cü heç-heçəsini rəsmiləşdirib.
Bunadək üç dəfə eyni klub 14 “sülh”ə imza atıb. 2009/2010 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/2021-ci illər mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.
Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir “sülh”lə “Sabah” mütləq rekordun müəllifi olacaq.