1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bu gün Valentina Matviyenkonun Azərbaycana səfəri ölkələrimizin parlamentləri arasındakı münasibətlərə təkan verəcək".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.
Onun sözlərinə görə Valentina Matviyenko ilə görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edilib:
"Ölkələrimizin parlamentləri arasındakı mövcud dialoq münasibətlərin inkişafında mühüm rol oynayır. Çoxtərəfli əməkdaşlıqda MBD-nin Parlamentlərarası Assmbleyasının rolu böyükdür. Bu platforma qarşılıqlı fayda verən münasibətlərin inkişafına təkan verəcək".
Mərahim Nəsib