Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.Xalq.az xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilib.Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib. Seymur Məmmədovla əlaqə yaratmağa çalışsaqda köməkçisi doktor hal-hazırda əməliyyatdadır, və heç bir açıqlama verə bilmərik deyə bildirildi.
Pərvanə Mirzəyevanın fotosunu təqdim edirik:
Hüquq -mühafizə orqanları tərəfindən ölüm faktı ilə bağlı araşdırma aparılır.(Xalq.az)Məsələ ilə bağlı qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta