Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib.
O bildirib ki, belə havalarda geyim formasının düzgün seçilməsi şərtdir:
“Qışın sonuna yaxın çox adamda vitamin D azlığından asılı olaraq yorğunluq, halsızlıq, yuxuya meyillilik halları müşahidə olunur. Bəzi hallarda nevroz, allergik reaksiyalar artır, mədə-bağırsaq xəstəlikləri meydana çıxır. Mədə və 12 barmaq bağırsağın xorasının kəskinləşməsi halları müşahidə edilir. Bu dövrdə xroniki xəstəliyi olanlar həkimləri ilə məsləhətləşməlidirlər ki, orqanizmin adaptasiyası normal getsin”.
Əfsanə Kamal
Demokrat.az