AZ

Nəsimidə iftar süfrəsi təşkil olundu - Fotolar

Nəsimi rayonunda Müqəddəs Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, iftar məclisində Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayon ərazisində yaşayan Qarabağ müharibə veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri, aztəminatlı ailələrin üzvləri iştirak etmişdir.

İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. 

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov mübarək Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, mərhəmət və ruzi ayıdır: “Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mehriban Əliyev tərəfindən Ümummilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir”.

Tədbirin sonunda rayon rəhbərliyi şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək onlarla söhbətlər aparıldı.







Seçilən
44
2
qafqazinfo.az

3Mənbələr