AZ

Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?

"Sürücülük vəsiqəsi imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməyəcək"...

Poliqon xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının təqdimatına həsr olunan tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, DİM, sadəcə, taksi və yük avtomobili sürücüləri üçün imtahan keçirir:

"Bu tapşırıqları bizə Nazirlər Kabineti verir, hansı tapşırıqlar verilirsə, biz onu icra edirik".

Poliqon.info

Seçilən
6
19
poliqon.info

10Mənbələr