1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi törətmiş Pərviz Rzayevə hökm oxunub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Planet" şadlıq evinin qarşısında "Toyota Prius" markalı avtomobillə yolu keçən piyada Faiq Oruc oğlu İbrahimovu vuran 1995-ci il təvəllüdlü sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. P.Rzayevin sürücülük hüququ da bu cəzanın başa çatmasından sonra 1 il 6 ay müddət üçün məhdudlaşdırılıb.
Qeyd edək ki, qəzada həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.