AZ

Minsk qrupunun ləğvi vacibdir - Ceyhun Bayramov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.

Publika.az xəbər verir ki, C.Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzu edib.

İslam dünyasını bir-birinə bağlayan by müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb. Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgəyaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Bununla belə, dünyamızda İslam dininə qarşı çevrilən diskriminasiya, dini zəmində zorakılıq halları, İslamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.

Nazir, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması, keçmiş münaqişəyə son qoyulmasından sonra bölgəmizdəki dinamik inkişafdan ətraflı bəhs edib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini yad edib.

Seçilən
45
27
publika.az

10Mənbələr