AZ

Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvərliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirdi.

Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.

Seçilən
21
49
aznews.az

10Mənbələr