
Rusiya Federasiyası Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 84,31 rubl səviyyəsində müəyyən edib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, əvvəlki kotirovka ilə müqayisədə dolların məzənnəsi 1,26 rubl ucuzlaşıb. Avronun məzənnəsi bir gündə 2,76 rubl azalaraq 90,84 rubl təşkil edib.
Qeyd edək ki, dolların rəsmi məzənnəsi sonuncu dəfə 2024-cü ilin avqustunda 85 rubldan aşağı olub.