AZ

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub...

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Poliqon.info

Seçilən
0
31
poliqon.info

10Mənbələr