AZ

Bu tarixdən ölkəyə gələn turistlərin sayı artacaq

“Bu il Novruz bayramı ərəfəsində müsəlman ölkələrindən gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə azdır”.

Bunu turizm eksperti Əziz Şiriyev Metbuat.az-a açıqlamasında bayram ərəfəsində Azərbaycana gələn xarici qonaqlardan danışarkən deyib.

Onun sözlərinə görə, Ramazan ayı ilə əlaqədar səfərlər azalıb:

“Lakin aprel ayından etibarən turist axınının artacağını düşünürəm. Hazırda Avropa, Çin və Koreyadan qonaqlar gəlməkdədir. Ümumilikdə, yanvar, fevral və mart ayları turizm sahəsində zəif dövrlər hesab olunur. Ancaq aprel ayından etibarən mövsüm başlayır və aprel, may, iyun, iyul və avqust aylarında turistlərin sayı əhəmiyyətli dərəcədə artacaq”.

Ə.Şiriyev qeyd edib ki, həmin dövrdə hətta Amerikada da daxil olmaqla, müxtəlif ölkələrdən qonaqlar ölkəmizə səfər edəcək.


Seçilən
25
1
news24.az

2Mənbələr