AZ

Ukrayna sülhlə bağlı şərtlərini açıqladı - Güzəşt olmayacaq

Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin sədri Oleksandr Merejko Kiyevin Rusiya ilə mümkün sülh məsələsində sadiq qaldığı üç əsas prinsipi sadalayıb.

“Qafqazinfo” xəbər verir ki, Ukraynanın sözügedən “qırmızı xətləri” aşağıdakılardır:

1-Ukrayna heç bir ərazi güzəştinə getməyəcək.

2-Kremlə NATO-ya daxil olmaq şərtlərini diktə etməyə imkan verməyəcək.

3-Özünümüdafiə qabiliyyətini məhdudlaşdırmağa razı olmayacaq.

Merejkonun sözlərinə görə, ərazi bütövlüyü məsələsi müzakirə mövzusu belə deyil. O, həmçinin qeyd edib ki, Rusiya Ukraynanın beynəlxalq tərəfdaşlarının seçiminə, xüsusən Alyansa üzvlük məsələsinə təsir edə bilməz. Siyasətçi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ordusunun məhdudlaşdırılması ilə bağlı təkliflərini qəbuledilməz adlandırıb.

"Cebheinfo.az"

Seçilən
6
2
cebheinfo.az

3Mənbələr