AZ

Bu gün ilaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.

Viral.az xəbər verir ki, Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir – Su, Od, Yel və ilaxır çərşənbə – Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

xır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.

Son Yazılar:

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Seçilən
11
25
viral.az

10Mənbələr