1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Huawei" şirkəti hələ satışa çıxmayan lüks "Maextro S800" sedanını tənqid edən çinli bloqerə qarşı məhkəmə iddiası qaldırıb.
Oxu.Az "CarNewsChina"ya istinadən xəbər verir ki, bloqer "S800"ün avropalı rəqibləri üzərində üstünlüyünü nümayiş etdirən videoların saxta olduğunu iddia edib.
Məlumata görə, bloqerdən 140 min dollar kompensasiya tələb olunub.
Tamamilə elektrikli və ya hibrid mühərrikli "Maextro S800" modellərinin satışı yalnız may ayında başlayacaq. Onun "Mercedes-Maybach S-Class" kimi modellərlə rəqabət aparacağı gözlənilir.