AZ

Hondurasda təyyarə qəzaya uğrayıb

Hondurasda çoxlu sərnişini olan təyyarə qəzaya uğrayıb

Hondurasda içərisində 17 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.

İki sahil” xəbər verir ki, ilkin məlumata görə, 6 nəfər həyatını itirib.

Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, Xuan Manuel Qalvez hava limanından Trujilyoya qalxan təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.

Varela axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını və qrupların işlərini davam etdirdiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə çırpıldıqdan sonra alovlanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
1
1
ikisahil.az

2Mənbələr