AZ

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

Turkustan.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı tərtib etdiyi təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.

Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Bakıvaxtı.az-a bildirib ki, namaz qılan, oruc tutan insan Qədr gecəsinə çatanda o gecənin savabına şərik olur. O gecəni səhərə kimi yatmır, dualar oxuyur, namaz qılır və əgər sübhə qədər oyaq qalsa, bunun böyük savabı var.

Seçilən
2
1
turkustan.az

2Mənbələr