ABŞ ordusu “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin paytaxtı Sənaya zərbələr endirib.
APA xəbər verir ki, bu barədə husilərə məxsus “Al-Masirah” telekanalı məlumat yayıb.
“Al-Hadath” və “Sky News Arabia” telekanallarının məlumatına görə, partlayış səsləri bütün şəhərdə eşidilib.
“Al-Hadath”ın mənbələrinə görə, zərbələr Sənanın qərbində yerləşən gizli silah anbarları da daxil olmaqla husilərin hərbi obyektlərini hədəf alıb.