Bu gün ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Trampın Putinlə ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsini müzakirə etməyi planlaşdırdığı bildirilir.
"Düşünürəm ki, biz ərazilərdən danışacağıq. Biz elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - Ağ Evin rəhbəri xarici KİV-ə bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Amerika lideri bu gün Putinə zəng etmək niyyətindədir.
Tramp əlavə edib ki, Moskva və Kiyevlə “aktivlərin bölünməsi” ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, həftəsonu çox iş görülüb və Ukraynada münaqişəni dayandırmaq şansı var.