AZ

Sosial dəstək göstərilən şəhid ailələri üzvləri və müharibə iştirakçılarının sayı açıqlandı

Bakı. Trend:

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibəiştirakçıları olan 131 min şəxsə 378 min xidmət göstərilib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həminsosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 minşəxsə 119 min aylıq sosial ödəniş, 24,7 min şəxsə birdəfəlik ödəmətəyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərinmənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzilvə fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 minşəxsə 75 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətigöstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2291 şəxs 68 minreabilitasiya vasitəsi, o cümlədən 491 şəxs 608 ədəd yüksəktexnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 26 minşəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,4 min şəxsözünüməşğulluq proqramına cəlb olunub.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstəkpaketi 131 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 378 minxidmət göstərilib",- deyə məlumatda qeyd edilib.

Seçilən
6
11
az.trend.az

10Mənbələr