Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.
Missiya.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Qeyd edək ki, itkin şəhidlərin hər ikisi hərbçidir. Onlardan biri 1994-cü ildə Füzuli rayonu Şükürbəyli kəndində itkin düşən 1970-ci il təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu, digəri isə 1992-ci ildə Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşən 1960-cı il təvəllüdlü Atayev Atakişi Qəhrəman oğludur.
D.Behbudov sabah doğulduğu Göyçay rayonu Mırtı kənd qəbiristanlığında, A.Atayev isə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
