2024-cü ildə Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 milyard 293,5 milyon ABŞ dolları azalıb.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,2 dəfə çoxdur.
İllik azalma Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 7 milyard 46,2 milyon ABŞ dolları artması (5,8 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 7 milyard 272,7 milyon ABŞ dolları azalması (5,8 % çox), neft bonusunun 457,8 milyon ABŞ dolları artması (2,8 % az), portfel investisiyalarının 960,9 milyon ABŞ dolları azalması (38,4 % çox), digər investisiyaların isə 1 milyard 563,9 milyon ABŞ dolları azalması (2,7 dəfə çox) hesabına təmin edilib.