AZ

Şahzadə Harri və Meqan Markl boşanırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şahzadə Harri və Meqan Marklın gözlənilən boşanmasının yeni təsdiqi tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Beast" "The Guardian"ın köşə yazarı Marina Hayda istinadən məlumat yayıb.
"The Rest is Entertainment" podkastında Hayd qeyd edib ki, "Netflix" video xidməti Harri və Meqanla əməkdaşlığı davam etdirir, baxmayaraq ki, onların iştirakı ilə yaradılan bütün layihələr o qədər də uğurlu olmayıb.
Köşə yazarı buna misal olaraq Meqanın son yemək şousunu göstərib. Tənqidçilər onu bəynməyiblər, tamaşaçılara isə veriliş heç maraqlı olmayıb. Buna baxmayaraq, "Netflix" artıq növbəti mövsüm üzərində işləyir.
Hayd bu əzmkarlığın yalnız bir səbəbini görür. Onun fikrincə, "Netflix" Harri və Meqanın uğursuzluğuna dözür, çünki sonda onu hitin gözlədiyinə inanır - sensasiyalı boşanma müsahibəsi. Onun fikrincə, bu münasibət təkcə "Netflix"ə xas deyil.
"Əslində, onların ətrafında boşanmalarını gözləyən çoxlu insan var", - deyə o bildirib.
Seçilən
19
2
oxu.az

3Mənbələr