AZ

Əfqanıstanda qadınların səsinin radio efirlərində eşidilməsinə qadağa qoyuldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstanda "Taliban" hökumətinin məmurları Qəndəhar əyalətində qadınların səsinin radioda eşidilməsinə qadağa qoyublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hökumət orqanlarının bəyanatına istinadən məlumat verib.
"Radioda qadın səslərinin yayımlanması qəti qadağan edilir. Əyləncə proqramları zamanı qadın mesajlarının paylaşılması da qadağandır", - deyə AFJC əldə etdiyi sənəddən sitat gətirib.
Sənəddə eyni zamanda, bütün radiostansiya əməkdaşlarının əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hökumət orqanlarından xüsusi icazə alması ilə bağlı tələb də yer alır.
Jurnalistlər Mərkəzinin məlumatına görə, Qəndəhar Hilmənddən sonra "Taliban"ın qadınların radioverilişlərdə səsini tamamilə qadağan etdiyi ikinci əyalət olub.
Seçilən
51
14
oxu.az

10Mənbələr