AZ

Rusiyada helikopter qəzası - SAĞ QALAN YOXDUR


Leninqrad vilayətində "Mi-28" helikopteri qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bütün ekipaj üzvləri həlak olub.

Qeyd edilib ki, döyüş helikopteri planlı təlim uçuşunu yerinə yetirən zaman yaşayış olmayan ərazidə qəzaya uğrayıb.

“Ekipaj üzvləri ölüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib”, - məlumatda qeyd edilir.

Hazırda qəza yerində axtarış-xilasetmə qrupu və Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir .

"Mash" "Telegram" kanalının məlumatına görə, qəza Şuqovitsı kəndi yaxınlığında baş verib. Sonra insanlar helikopterin alovlandığını görüblər.


Seçilən
3
1
news24.az

2Mənbələr