Bakı. Trend:
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistansilahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, YuxarıŞorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələriistiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusununmövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub.