AZ

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzvtəşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruzbayramı münasibətilə tədbirlər təşkil edir, azyaşlılarıhədiyyələrlə sevindirir.

Trend xəbərverir ki, tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayanŞərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatəedib.

Belə ki, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi vəXocalıda təşkil olunan bayram tədbirlərində AHİK rəsmiləriməktəbliləri təbrik edib, onların doğma yurd-yuvalarında bayramkeçirmələrinin qürurlu olduğunu vurğulayıblar. Tədbirdə uşaqlarıninkişafı, hüquqlarının qorunması sahəsində görülən işlərdən, buistiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs olunub,onların əsl vətənpərvər kimi formalaşması üçün görülən işlərdiqqətə çatdırılıb.

Novruz şənliklərində uşaqlar bayram əhval-ruhiyyəsində şeirlərsöyləyib, tonqal ətrafında yallı gedib, doğma yurdlarında yaşamağınsevincini bölüşüblər.

Tədbirlərdə AHİK tərəfindən uşaqlara bayram hədiyyələripaylanılıb.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıtərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanlarıməhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqlarıməktəblərdə də təşkil olunub.

AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
Seçilən
40
14
az.trend.az

10Mənbələr