Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, B Liqasının VI qrupunda yer alan komanda Albaniya yığması ilə qarşılaşacaq.
Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, qrupun bütün oyunları Albaniyada keçiriləcək.
saytlarin hazirlanmasi