AZ

Bu vəzifə Nazim Əliyevə həvalə olundu 

  Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki "Aztelekom" MMC-ə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Nazim Əliyevə həvalə olunub.

Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.

"Aztelekom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir.//Report


Seçilən
0
5
referans.az

6Mənbələr