“Məleykə Abbaszadənin çağırışı yaxşı təşəbbüsdür və bu təşəbbüsdə yazıçılara təhqirdən söhbət gedə bilməz”.
Viral.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar deyib.
“Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasiminə mən dəvət olunmuşdum. Danimarkadan gələn şairləri qəbul etməli olduğuma görə, iştirak edə bilmədim. Həmin gün mənə təhrif olunmuş məlumatlar çatdırdılar. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin dediklərini konteksdən çıxarıblar. Rəşad Məcidin bu məsələ ilə bağlı yazdığını və ümumi çıxış haqqında məlumatı oxuyandan sonra hər şey aydın oldu. Bu onlayn imtahanın sınaq versiyası hazırlanıb və Məleykə xanım həmin sınaq versiyanın hansı vəziyyətdə olduğunu yoxlamaq üçün belə bir çağırış edib. Bu çağırışda yazıların mənafeyinə toxunan nəsə yoxdur. Yazıçılar DİM-in Azərbaycan dili imtahanında məmnuniyyətlə iştirak edə bilərlər”, – deyə Xalq yazıçısı vurğulayıb.
Son Yazılar:
- Anardan Məleykə Abbaszadənin yazıçıları imtahana çağırışına REAKSİYA
- Şəkidə ağır qəza: ölənlər var –
- İndi onlardan xəbər yoxdur… – Bir vaxtlar nazir idilər
Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışında ziyalılara çağırış edib: “DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər”.
“Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq. Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var”, – o, əlavə edib.
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən qeyd edib ki, “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın demo versiyada istifadəyə verilir və ilkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır. Artıq imtahanın sınaq versiyasının onlayn platformasının hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. M.Abbaszadə vurğulayıb ki, imtahan kompüter əsaslıdır: “Platforma bu gündən etibarən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində sınaq müddətinə istifadəyə verilir. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və daha da təkmilləşdirməkdir”.
Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.