Bakı, 19 mart, AZƏRTAC
Konfransın əsas məqsədi Azərbaycanda coğrafiya elminin inkişafı və bu sahədə görülən işlərin elmi ictimaiyyətə çatdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Əliyev “Regionların sosial-iqtisadi inkişafı və coğrafi problemlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, bu gün tədqiqatlar apararkən, mütləq şəkildə coğrafi tədqiqatların sahəsini genişləndirərkən regionların sosial-iqtisadi inkişafını nəzərə alaraq sosial tədqiqatlar da həmin istiqamətdə aparılmalıdır: “Bu gün regionlarımızda iqtisadi potensialları bir araya gətirmək üçün yeni təşkilatlanmaya ehtiyac var. Bu təşkilatlanmanın ən vacib xüsusiyyəti isə coğrafi cəhətdən turizmin və sosial-iqtisadi aspektlərin geniş şəkildə araşdırılması öz aktuallığını daha geniş şəkildə ortaya qoymaqdadır”.