
Ağdamda silahlı şəxs saxlanılıb.“Ulusum”.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupu məlumat yayıb.Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb.Avtomobilə baxış zamanı "AK" markalı avtomat, bir patron darağı, 29 patron və bir süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.
Diqqət Çəkənlər
Həmyerlimiz Əfqanıstanda yüksək vəzifəyə təyin olunub
BDU-da İlaxır çərşənbə qeyd edilib - VİDEO
Türkiyədə Əkrəm İmamoğlunun həbsinə order verildi