Bakı. Trend:
Binəqədi və Yasamal rayonlarında silah-sursat aşkarlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiməlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılanodlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvilverilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsindəBinəqədi rayonu ərazisində 2 avtomat silahı, 2 patron darağı və 3patron tapılaraq götürülüb. Həmçinin Yasamal rayonu ərazisində 4vətəndaş 4 avtomat silahı, 4 patron darağı və 173 ədəd müxtəlifçaplı patronu könüllü olaraq polisə təhvil verib", - məlumatda qeydedilib.