İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyənin milli valyutası növbəti dəfə tarixi minimumunu yeniləyib.
News24.az axar.az-a istinadən xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, səhər saatlarında İstanbul bələdiyyəsində səs-küylü həbslər fonunda dollar 40,94 lirəyə, avro isə 44,52 lirəyə qalxıb.
Daha sonra isə nisbi sabitlik yaranıb və dollar 39,35, avro 42,26-ya qədər geriləyib.
Ötən gün isə dollar 36,6 lirə civarında idi.
Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb.