AZ

Qazaxda Novruzun gəlişi təntənə ilə qeyd edilib, şəhid övladları bayram tonqalını alovlandırıblar

Qazax, 19 mart, Vüsalə Cənnətova, AZƏRTAC

Qazaxda Novruz bayramı münasibətilə “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir rayon icra hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Şəhər meydanı bayramsayağı bəzədilib. Qonaqları Dədə Qorqud və Bahar qız qarşılayıb, onlar Kosa və Keçəl ilə yumurta döyüşdürüblər.

Bayram ovqatlı sərgilərə tamaşa olunub. Qazan xan “Cəngi” sədası ilə qonaqları alaçıqlarla tanış edib. Adət-ənənələrə uyğun hazırlanmış milli mətbəx nümunələri olan Novruz təamlarından dadan şənlik iştirakçıları, aşıqların və zurnaçıların ifasında qədim el havalarını dinləyiblər. İdmançıların hazırladıqları nümunəvi çıxışılar sərgilənib. Şəhid övladları bayram tonqalını alovlandırıblar, milli geyimli gənclər tonqal ətrafında “Yallı” gediblər. Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən rəngarəng çıxışlar maraqla qarşılanıb. Konsert proqramında təqdim olunan mahnılar, rəqslər, “Göyəzən” instrumental ansamblının ifasında səslənən “Novruz” kompozisiyası bayrama əlavə rəng qatıb.

Seçilən
74
azertag.az

1Mənbələr